Bakı 8 ℃
Xəzər Xəbər
USD 1.7

“Trampsız dünya daha gözəl olacaq” - İran XİN rəhbəri

Dünya | 131 | 13:15, 16 Yanvar
“Trampsız dünya daha gözəl olacaq” - İran XİN rəhbəri

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif səlahiyyət müddəti bir neçə gün sonra bitən ABŞ Prezidenti Donald Tramp haqqında mühüm açıqlamalar verib.


XəzərXəbər "Qafqazinfo"ya istinadən xəbər verir ki, Zərif sosial media hesabındakı paylaşımında "Tramp administrasiyası olmayan bir dünya daha gözəl olacaq",- deyə qeyd edib.


Trampın prezidentliyi dövründə insanlığa böyük ziyan vurduğunu ifadə edən XİN rəhbəri "Tramp hökumətinin insanlığa verdiyi zərər bu administrasiyadakı radikalların gözündə hələ də yetərli deyil",- deyə sözlərinə əlavə edib.


O, daha sonra husilərin terror təşkilatları siyahısına salınmasına etiraz edərək bununla Yəməndə sülh addımlarına zərər vurulduğunu qeyd edib. 


Çox oxunanlar