Xəzər Xəbər

Dünyada koronavirus qurbanlarının sayı 1,4 milyonu ötüb

Dünya | 15:37 • 24 Noyabr 2020
Dünyada koronavirus qurbanlarının sayı 1,4 milyonu ötüb

Dünyada koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 1,4 milyon nəfəri ötüb.


Xezerxeber.az pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, noyabrın 23-də dünya üzrə 7 min 953 nəfər COVID-19 xəstəliyi səbəbindən həyatını itirib və ölənlərin ümumi sayı 1 milyon 402 min 230 nəfərə çatıb.


Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 59 milyon 611 min 295 yoluxma halı qeydə alınıb. Eyni zamanda, 41 milyon 247 min 497 nəfər sağalıb, müalicəsi davam edən 16 milyon 960 min xəstədən 103 min 566 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 12 milyon 778 mini ötüb. Hindistanda 9 milyon 177 min, Braziliyada 6 milyon 88 min, Fransada 2 milyon 144 min, Rusiyada isə 2 milyon 138 min yoluxma qeydə alınıb.


Dünyada koronavirus qurbanlarının təxminən beşdəbiri Birləşmiş Ştatlar payına düşür (263,7 min nəfər). Ölüm göstəricisinə görə İlk beşliyə daxil olan Braziliyada 169 min 541, Hindistanda 134 min 254, Meksikada 101 min 926, Böyük Britaniyada isə 55 min 230 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.


Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Xəbər lenti