Xəzər Xəbər

Koronavirus Tbilisidə tüğyan edir

Dünya | 12:38 • 6 Noyabr 2020
Koronavirus Tbilisidə tüğyan edir

Gürcüstanın paytaxtı Tbilisidə epidemiya başlayandan koronavirusa sutkalıq yoluxma sayı ilk dəfə olaraq mini ötüb.


Bir gündə şəhərdə 1 044 yeni yoluxma halı aşkarlanıb.


Son sutkada bölgələr üzrə koronavirusa ən yüksək yoluxma göstəricisi İmereti (526) və Acarıstanda (503) qeydə alınıb.


Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartlidə də yoluxma hallarında artım müşahidə olunur. Bölgədə son 24 saat ərzində daha 207 nəfərə COVID-19 diaqnozu qoyulub. Günlük müqayisədə yoluxma sayı 146 hal artıb./report

Xəbər lenti