Xəzər Xəbər

Ermənistanda daha 29 nəfər koronavirusdan öldü

Dünya | 11:17 • 29 Oktyabr 2020
Ermənistanda daha 29 nəfər koronavirusdan öldü

Ermənistanda koronavirusa yoluxanların sayı 85 034 nəfərə çatıb.


Xezerxeber.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 383 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.


Bundan başqa, daha 29 nəfərin ölümü qeydə alınıb.


Bu günədək Ermənistanda 1 243 nəfər koronavirusdan ölüb, 30 505 nəfərin müalicəsi isə davam edir.


Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Xəbər lenti