Xəzər Xəbər

Türkiyə MN: Tək Millət - İki Dövlət olaraq sonsuza qədər qalacağıq!

Dünya | 11:52 • 18 Oktyabr 2020
Türkiyə MN:

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.

Nazirliyin "Twitter” səhifəsində paylaşılan təbrikdə deyilir:

"Qardaşımız, əzizimiz, Azərbaycanımız.

Müstəqillik gününüz mübarək.

Dağlıq Qarabağı erməni işğalından qurtarmaq üçün apardığınız əməliyyatda qardaşlarınız kimi sizinləyik və həmişə sizinləyik.

Tək Millət – İki Dövlət olaraq sonsuza qədər qalacağıq!”

Xəbər lenti

Çox oxunanlar