Xəzər Xəbər

Avropa Komissiyasının rəhbəri özünütəcrid rejiminə keçir

Dünya | 12:46 • 5 Oktyabr 2020
Avropa Komissiyasının rəhbəri özünütəcrid rejiminə keçir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünütəcrid rejiminə keçdiyini açıqlayıb.


TASS xəbər verir ki, bu barədə o, "Twitter” səhifəsində yazıb.


"Keçən həftənin çərşənbə axşamı görüşdüyüm şəxsin koronavirus daşıyıcısı olduğu barədə məlumat aldım. Mövcud qaydalara uyğun olaraq, oktyabrın 6-dək özümü təcrid edəcəyəm. Ötən cümə axşamı koronavirus testinin nəticəsi mənfi çıxmışdı, bu gün ikinci dəfə, təkrar test verdim”, - AK sədri bildirib.


Belçikada qüvvədə olan qaydalara görə, koronavirusa yoluxmuş şəxslə təmasdan sonra insan 7 gün müddətinə özünü təcrid etməlidir və bu müddət ərzində iki mənfi test nəticəsi alınmalıdır. 70%-i məsafədən işləməyə davam edən Avropa qurumlarının rəhbərliyinə gəlincə, onlar mütəmadi olaraq - həftədə 1-2 dəfə koronavirus testindən keçirlər.


Qeyd edək ki, sentyabrın sonlarında Avropa Şurasının sədri Şarl Mişel özünü təcrid etmiş, nəticədə Aİ liderləri birliyin sammitini sentyabrın 24-25-dən oktyabrın 1-2-nə təxirə salmaq məcburiyyətində qalmışdı./report

Rubrikanın digər xəbərləri

Xəbər lenti