Xəzər Xəbər

Rusiyada koronavirusdan ölənlərin sayı 18 578 nəfərə çatıb

Dünya | 12:57 • 13 Sentyabr 2020
Rusiyada koronavirusdan ölənlərin sayı 18 578 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 5449 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.


Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1062811 nəfərə çatıb.


Son sutka ərzində 94 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 18 578 nəfərə çatıb.


Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Xəbər lenti

Çox oxunanlar