Xəzər Xəbər

Tramp seçkilərdə qalib gəlsə, ABŞ NATO-dan çıxacaq - ŞOK İDDİA

Dünya | 14:32 • 6 Sentyabr 2020
Tramp seçkilərdə qalib gəlsə, ABŞ NATO-dan çıxacaq - ŞOK İDDİA

ABŞ Prezidenti Donald Trampın noyabr ayında keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, NATO-dan çıxacağı ilə bağlı iddialar var.


Bu barədə "New York Times” qəzeti yazıb.


Qəzet Trampın yaxın ətrafına və əvvəllər onunla işləyən mənbələrə istinad etdiklərini bildirərək, Trampın bunu 2018-ci ildə NATO-nun zirvə görüşündə də dilə gətirdiyini qeyd edib.


Trampın keçmiş Milli Təhlükəsizlik müşaviri Con Bolton da bu yay işıq üzü görən kitabında prezidentin ABŞ-ı NATO-dan çıxarmaq üçün dəfələrlə fikir səsləndirdiyini yazıb. Bolton keçən ay verdiyi müsahibədə Trampın seçkilərdən öncə - oktyabr ayında sürpriz bir şəkildə NATO-dan ayrılacağını qeyd edib.


Ağ Evin Baş katibi vəzifəsində çalışan Con Kelli "New York Times”a verdiyi açıqlamada, vəzifə müddətində ən çətin şeyin Trampı NATO-dan çıxmaq qərarından çəkindirmək olduğunu deyib./publika.az

Xəbər lenti