Xəzər Xəbər

PKK Suriyanın bu şəhərindən qovuldu

Dünya | 14:25 • 6 Sentyabr 2020
PKK Suriyanın bu şəhərindən qovuldu

PKK-nın Suriyanın Deyr əz-Zor bölgəsindəki qruplaşması yerli qəbilələrin üsyanından və terrorçu liderlərə qarşı sui-qəsdlərin artmasından sonra bölgədən qaçmağa başlayıb.


Terroçuların bir neçə qəbilə üzvünü öldürməsindən sonra yerli camaat bölgədəki PKK liderlərinə qarşı sui-qəsdlər təşkil ediblər.


Artan sui-qəsdlərdən sonra terrorçular çıxış yolunu bölgədən getməkdə görüblər. Qruplaşmanın əl-Əkidət qəbiləsinin yaşadığı Şüheyl rayonundan tamamilə geri çəkildiyi, o cümlədən PKK-nın bölgədəki qərargahını bağlayaraq şəhəri tamamilə tərk etdiyi bildirilir.


Bölgədə yaşayanlar PKK-nın qaçmasını təntənəli şəkildə qeyd ediblər./Axar.az

Xəbər lenti