Xəzər Xəbər

Turistlərə Rusiyada istirahət etmək müqabilində pul təzminatı ödəniləcək

Dünya | 18:26 • 22 İyul 2020
Turistlərə Rusiyada istirahət etmək müqabilində pul təzminatı ödəniləcək

Rusiyada istirahət etmək istəyən turistlər pul təzminatı alacaqlar.

"İzvestiya”nın məlumatına görə, bunu RF-in Baş naziriMixail Mişustin deyib.

Onun sözlərinə görə, təzminat turdan asılı olaraq 5000-15000 rubl (120-360 AZN) arası dəyişəcək. Bunun üçün hökumət 15 milyard rubl (360 milyon AZN-ə yaxın) ayırıb.

"Bu pullar cari ilin sonuna qədərRusiya regionlarındaistirahət etmək qərarı verən insanların xərclərinin qismən təzminatı üçün ayrılıb”, - deyə, hökumət başçısı bildirib.

Xəbər lenti

Çox oxunanlar