Xəzər Xəbər

Çindən ABŞ-a kəskin etiraz: "Dayandırın..."

Dünya | 11:52 • 29 İyun 2020
Çindən ABŞ-a kəskin etiraz: "Dayandırın..."

Rəsmi Pekin Çin şirkətlərinə təzyiq göstərdiyinə görə ABŞ-a etiraz edib və Amerika tərəfini bu cür hərəkətləri dayandırmağa çağırıb.

Bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Pekin ABŞ-ı Çin şirkətlərinə qarşı əsassız təzyiqləri dayandırmağa çağırır”, – deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, Çin şirkətlərinə təzyiq göstərməklə ABŞ bazar iqtisadiyyatı prinsiplərinə zidd hərəkət edir.
"Çin buna kəskin etirazını ifadə edir”, – deyə qeyd olunur.

Çin bundan əvvəl Honkonqla bağlı Çin rəsmilərinə sanksiya tətbiq edilməsinə görə ABŞ-a etiraz etmişdi./teleqraf

Xəbər lenti