Bakı 23 ℃
Xəzər Xəbər
USD 1.7

ÜST: Dünyada koronavirus qurbanlarının sayı 383 minə çatır

Dünya | 337 | 10:26 • 5 İyun 2020
ÜST:

Dünyada koronavirusa yoluxanların sayı 6,4 milyonu ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST-ün məlumatına görə, son bir gündə koronavirusa dünyada 129 mindən çox yoluxma qeydə alınıb, ümumilikdə 380 mindən çox insan ölüb.

Son məlumatlara görə, son sutkada COVID-19  129 281 yoluxma qeydə alınıb, 4 842 pasiyent ölüb. Beləliklə, dünyada təhlükəli virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı6 416 828 təşkil edir. Pandemiya ərzində ümumilikdə 382 867 insan COVID-19-dan ölüb.

Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Qitə ölkələrində 3 022 824 nəfər koronavirus daşıyıcısıdır.

Xəbər lenti

Çox oxunanlar