Xəzər Xəbər

ABŞ-dan Rusiyaya sürpriz "Bu razılaşmadan çıxırıq..."

Dünya | 12:57 • 22 May 2020
ABŞ-dan Rusiyaya sürpriz

ABŞ Rusiyanın öz öhdəliyini yerinə yetirənə qədər Açıq Səmalar Razılaşmasından (ASR) çıxacaq.

Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Prezident Tramp deyib ki, Rusiya ilə əlaqələr yaxşıdır, ancaq o, bu razılaşmaya riayət etmir:Rusiyarazılaşmadan irəli gələn öhdəliyini yerinə yetirənə qədər bu sazişdən çıxacağıq. Bu, yeni bir razılaşma əldə etmək üçün əla fürsətdir”.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ABŞ-ın Açıq Səmalar Razılaşmasından çıxacağına dair rəsmi mövqe gözlədiklərini bildirib: "ABŞ-ın anlaşmadan çıxacağına dair rəsmi mövqe Rusiya tərəfinə çatdırılmayıb. Rusiya bu məsələdə ABŞ-ın mövqeyinin konkretləşməsini gözləyir”./Teleqraf.com

Xəbər lenti