Xəzər Xəbər

Koronavirusun ölümcül simptomuna qarşı dərman tapıldı

Dünya | 10:35 • 28 Aprel 2020
Koronavirusun ölümcül simptomuna qarşı dərman tapıldı

Fransalı tibb işçiləri klinik sınaqlar zamanı koronavirusun ölümcül simptomuna qarşı vasitə tapıblar.

Bu barədə TASS "Assistance publique - Hopitaux de Paris” təşkilatına istinadla xəbər yayıb.

Belə ki, revmatoid artrit əleyhinə sınaqdan keçmiş preparatların koronavirus səbəbindən yarananpotensial ölümcülsimptoma- hipersitokinemiyayaqarşı mübarizədə effektivliyi müəyyən olunub.

Hesab edilir ki, bu simptomun müşahidə olunduğu pasiyentlər kəskin respiratorçatışmazlıqdan əziyyət çəkirlər.

Tədqiqatda 129 pasiyent iştirak edib. Onlardan 65-iadi müalicə ilə yanaşı, bu preparatı qəbul edib, digər 64 nəfər isə nəzarət qrupu rolunu oynayaraq, ancaq adi müalicə alıb.

Müşahidələrin yekununda məlum olub ki, ikinci qrupdan olan pasiyentlərin vəziyyəti daha ağır olub.

Xəbər lenti