Xəzər Xəbər

ABŞ öz antirekordunu vurdu COVID-19 sutkada iki mindən çox can aldı

Dünya | 09:57 • 11 Aprel 2020
ABŞ öz antirekordunu vurdu

Ötən gün ABŞ-da yeni koronavirusdan ölənlərin sayı rekord həddə çatıb, belə ki,2,1 min insan həyatını itirib.

Con Hopkins Universitetinin məlumatına görə, bu həftə rekord göstəricilər üç dəfə yenilənib.

Cümə axşamı ölənlərin sayında azalma müşahidə olunsa da, göstəriciləryenidən nəzərəçarpacaq dərəcədə artmağa başlayıb.

"New York Post” nəşri bildirir ki, hazırda koronavirus ABŞ sakinləri arasında ölümün əsas səbəbi olub. Hər gün xərçəng və ya ürək xəstəlikləri ilə müqayisədə COVİD-19 -dan daha çox insan dünyasını dəyişir./oxu.az

Xəbər lenti