Xəzər Xəbər

İtaliya mafiyaları koronavirusa görə xeyriyyəçiliyə başlayıblar

Dünya | 09:31 • 11 Aprel 2020
İtaliya mafiyaları koronavirusa görə xeyriyyəçiliyə başlayıblar

İtaliya mafiya qruplaşmalarının üzvləri koronavirusun yayıldığı dövrdə birləşərək xeyriyyəçiliklə məşğul olmaq qərarına gəliblər.

Bu barədə "The Guardian” yazır.

Ölkədə tüğyan edən pandemiyaya görə bir çoxları işini itib. Bununla əlaqədar mafiozlar ərzaq alaraq, onu yoxsul regionların sakinlərinə və köməyə ehtiyacı olanlara daşımağa başlayıblar.

"Mafiya bosları şəhərləri özlərinin mülkü hesab edirlər. Lakin onlar ilk növbədə öz maraqlarına görə insanlara kömək edirlər”, - deyə Katandzaro əyalətinin Baş prokuroru Nikola Qratteri bildirib.

O əmindir ki, mafiozlar kömək etməklə insanların gözündə qəhrəman olmağa və bu yolla da cəmiyyətdə mövqelərini möhkəmlətməyə ümid edirlər. Bundan əlavə, pandemiya bitdikdən sonra onlar "borclarının qaytarılmasını” istəyə bilərlər. Məsələn, adamlardan seçkilərdə onların siyasətçilərinə səs verməyi tələb edə bilərlər.

Xəbər lenti

Çox oxunanlar