Xəzər Xəbər

ABŞ-dan neftlə bağlı qəti mövqe: Müqavimət göstərəcəyik

Dünya | 12:39 • 10 Mart 2020
ABŞ-dan neftlə bağlı qəti mövqe:

ABŞ digər dövlətlərin neft bazarlarını manipulyasiya etmə cəhdlərinə müqavimət göstərəcək.

Bunu ABŞ Energetika Nazirliyinin rəsmi nümayəndəsi Şaylin Hayns deyib. O, Tramp administrasiyasının koronavirusun neft bazarlarına təsiri və "OPEK+”-un keçən həftə baş tutan görüşünü diqqətlə izlədiyini bildirib.

Qeyd edək ki, dünən neft qiymətləri 30%-dən çox ucuzlaşıb. Buna səbəb "OPEK+” ölkələrinin görüşündə neft hasilatının azaldılması barədə razılıq əldə edilməməsi olub. Hasilatın azaldılmasına daha çox Rusiya qarşı çıxıb./axar.az

Xəbər lenti