Bakı -3 ℃
Xəzər Xəbər
USD 1.7

Bolqarıstanda koronavirusla mübarizə üçün qərargah yaradılıb

Dünya | 359 | 17:09, 26 Fevral
Bolqarıstanda koronavirusla mübarizə üçün qərargah yaradılıb
Bolqarıstan Təhlükəsizlik Şurasının iclasında ölkədə koronavirusa qarşı fəaliyyət göstərən qərargahın yaradılması barədə qərar qəbul edilib. Qərargahın rəhbəri hərbi-tibbi akademiyanın baş həkimi Ventsislav Mufatçiyski təyin edilib. Yaxın günlərdə epidemiya ilə mübarizə üzrə təlimlər keçiriləcək. Bolqarıstanın quru sərhədlərində ölkəyə daxil olanların hərarətini ölçən cihazlar yerləşdirilir. Bolqarıstan "Bulqar Air” milli aviasiya şirkəti Milana bütün uçuşları ləğv edib. Ölkənin təhsil nazirliyi İtaliyaya təşkil olunmuş səfərləri dayandırır. Qeyd edək ki, İtaliyanın koronavirusla üzləşdiyi bölgələrdə 1500 bolqar vətəndaşı yaşayır. Ümumiyyətlə bu ölkələr arasında çox sıx əlaqələr mövcuddur. (AZƏRTAC)

Çox oxunanlar