Xəzər Xəbər

Çində koronavirus qurbanlarının sayı 1868-ə çatıb

Dünya | 09:26 • 18 Fevral 2020
Çində koronavirus qurbanlarının sayı 1868-ə çatıb

Çində koronavirusdan ölənlərin sayı 1868 nəfərə yüksəlib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.


Bildirilib ki, virusa yoluxanların 12.5 mindən çoxu sağalaraq xəstəxanalardan buraxılıb.


Məlumata görə, ölkədə gün ərzində koronavirusdan 98 nəfər ölüb, 1701 nəfər isə sağalıb. Sutka ərzində yoluxanların sayı 1,8 min artaraq ümumilikdə 72,4 min nəfəri keçib.

Xəbər lenti