Xəzər Xəbər

Çində 1310 nəfər öldü Vəziyyət getdikcə pisləşir

Dünya | 10:54 • 13 Fevral 2020
Çində 1310 nəfər öldü

Çinin Xubey əyalətində koronavirusdan ölənlərin sayı artıb.

Bu barədə regionun Gigiyena və Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilir ki, əyalətdə yeni virusdan ölənlərin sayı 1310 nəfərə, yoluxanların sayı 48,2 min nəfərə yüksəlib.

Məlumata görə, daha 3441 nəfər virusdan sağalaraq evə buraxılıb. Xəstəlikdən ölüm səviyyəsi bir gün əvvəlki 3,2 faizdən 2,7 faizə enib.

Komitə tərəfindən yayılmış bəyanatda qeyd edilir ki, Xubeyin inzibati mərkəzi Uxanda xəstəliyə yoluxanların sayı 32,9 min nəfəri ötüb. Siyahıda ikinci və üçüncü yerdə müvafiq olaraq Syaoqan və Xuanqan şəhərləri qərarlaşıb./publika.az

Xəbər lenti

Çox oxunanlar