Xəzər Xəbər

Yaponiyada Sindake vulkanı püskürüb

Dünya | 11:49 • 3 Fevral 2020
Yaponiyada Sindake vulkanı püskürüb

Fevralın 3-də səhər saatlarında Yaponiyanın Kuçinoerabu adasında yerləşən Sindake vulkanı püskürüb.


Xezerxeber.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, vulkan 7 kilometr hündürlüyə kül və tüstü püskürüb. Püskürmə nəticəsində iri daşların 600 metr radiusa səpələndiyi qeyd edilir.


Agentlik təkrar püskürmə ilə əlaqədar vulkanın mərkəzi hissəsinə 2 kilometrdən çox yaxınlaşmanın təhlükəli olduğu barədə xəbərdarlıq yayıb.


Xatırladaq ki, Sindake vulkanı son dəfə cari il yanvarın əvvəllərində püskürmüşdü.

Xəbər lenti