Xəzər Xəbər

Rusiya-Gürcüstan sərhədində avtomobillərin hərəkətində problem yaranıb

Dünya | 11:55 • 2 Fevral 2020
Rusiya-Gürcüstan sərhədində avtomobillərin hərəkətində problem yaranıb

Güclü qar yağması səbəbindən Gürcüstandan Rusiyaya gedən Mtsxeta-Stepantsminda-Lars (Hərbi Gürcüstan yolu) yolunda avtomobillərin hərəkətində ciddi problem yaranıb.


 Rusiya-Gürcüstan sərhəd-keçid məntəqəsində 315 avtomobil və 434 nəfər gözləyir. Yolda dayanan sürücülərə, avtomobil sahiblərinə və sərnişinlərə isti yemək, paltar və digər lazımi əşyalar verilib.


Son iki gündə yağan güclü qar, çovğun və dağlıq ərazilərdəki qar uçqunu səbəbindən Gürücstan tərəfi Hərbi Gürcüstan magistralının Qudauri-Kobi hissəsində yolu bağlayıb. Yolun nə zaman açılacağı barədə hələlik məlumat verilmir.


Ölkə ərazisində sərt, əlverişsiz hava şəraiti dvam edir.


Qeyd edək ki, Mtsxeta-Stepanstminda-Lars avtomobil magistralı Gürcüstan ilə Rusiya arasında yeganə yoldur.

Xəbər lenti

Çox oxunanlar