Yunanıstan parlamenti xanım Ekaterini Sakellaropulunun namizədliyini ölkə prezidenti vəzifəsinə dəstəkləyib. Parlamentdəki 300 deputatdan 200-dən çoxu xanım Sakellaropuluya etimad göstərib.
Qeyd edək ki, E.Sakellaropulu Dövlət Şurası - Ali İdarəetmə Məhkəməsinin sədri olub. O, Yunanıstan tarixində ilk qadın prezidentdir.