Beynəlxalq Kriminal Polis Təşkilatının (INTERPOL) sabiq prezidenti Menq Honqvey haqqında 13,5 il həbs cəzası qərarı çıxarılıb.
Sabiq prezident korrupsiyada ittiham olunur.
"Röyters”in xəbərinə görə, Çin məhkəməsi həbslə yanaşı, Honqveyə 2 milyon yuan (500 min manata yaxın) cərimə də tətbiq edib.
Qeyd edək ki, sabiq rəhbər 2005-2017-ci illərdə Çinin polis təşkilatındakı mövqeyindən istifadə edərək təxminən 4 milyon manat civarında rüşvət almaqda ittiham olunur.
Xatırladaq ki, Menq Honqvey 2018-ci ilin sentyabrında INTERPOL-dakı vəzifəsində ikən Fransanın Lion şəhərindəki evindən çıxaraq Çinə getmiş, ailəsi ondan xəbər ala bilmədiyi üçün itkin düşməsi haqqında müraciət etmişdi. Honqveyin Çində həbs edildiyi ortaya çıxmışdı./publika.az