Xəzər Xəbər

Məşhur şirkətlərdən Putinə ÇAĞIRIŞ

Dünya | 11:21 • 1 Dekabr 2019
Məşhur şirkətlərdən

"Quql”, "Əpl” və "Samsunq” şirkətlərini təmsil edən birlik Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

Birlik Rusiya Dövlət Dumasının rus dili proqramı olmayan smartfon, telefon və kompüter satışını qadağan edən qanun layihəsinə veto qoyması üçün Putinə çağırış edib.

Birliyi təmsil edən Anton Quskov "Kommersant” qəzetinə açıqlamasında qanunun qəbul ediləcəyi təqdirdə böyük şirkətlərin Rusiya bazarını tərk edə biləcəyini söyləyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Dövlət Duması rus dili proqramı olmayan smartfon telefonlar və kompüter satışını qadağan edən qanun qəbul edib. Qanunun qüvvəyə minməsi üçün isə Putinin təsdiqi lazımdır./axar.az

Xəbər lenti