Xəzər Xəbər

Gürcüstan larini qorumaq üçün 100 OBYEKTİ SATIŞA ÇIXARIR

Dünya | 17:29 • 11 Noyabr 2019
Gürcüstan larini qorumaq üçün

Gürcüstan hökuməti noyabr ayında 100 dövlət obyektini satışa çıxarmaq niyyətindədir.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib ki, özəlləşdirməyə çıxarılan əmlakın ümumi dəyəri 100 milyon larini (33 milyon dolları) keçir. 

Nazir bildirib ki, gələcəkdə daha çox obyekt özəlləşdirməyə çıxarılacaq: «Bizim ciddi planlarımız var, bu il işlər pis getmir, amma mən hələ tam razı deyiləm. Biz özəlləşdirməni sürətləndirmişik və 100 milyon larilik həddə çatmaq çətin olmayacaq. Dövlət müəssisələrinin özülləşdirilməsində isə irəliləyiş tələb olunur». 

Amma özəlləşdirmə prosesi dəmiryolları və enerji sistemi kimi strateji obyeetləri əhatə etməyəcək: «Bu müəssisələr əhali üçün mühüm funksiyanı həyata keçirir və onların özəlləşdirilməsi gözlənilmir. Onlara qədər hələ minlərlə müəssisə var ki, öz funksiyalarını itiriblər». 

Hökumət bu müəssisələri özəl sektora köçürmək fikrindədir ki, onlar işini bərpa etsin və yeni iş yerləri yaradılsın. 

Nazir bildirib ki, özəlləşdirmənin aktivləşdirilməsində məqsəd ölkə iqtisadiyyatının və larinin güclənirilməsidir.  Qeyd edək ki, son yarım il ərzində gürcü larisi dollar qarşısında 10% ucuzlaşıb. Əgər aprelin 1-də 1 dollar 2,7 lari idisə, hazırda dollar 2,98 laridir. 

Gürcüstan Mərkəzi Bankı larini qorumaq üçün üçot dərəcəsini iki dəfə artırsa da və valyuta ehtiyatlarının bir hissəsini satsa da, bu tədbirlər yalnız qısa müddətdə təsir edib. Ölkədə inflyasiya da sürətlə artı rvə proqnozdakı 3%-ə qarşı 6,4% təşkil edir./fed.az

Xəbər lenti