Xəzər Xəbər

ABŞ rus zirehlərini deşəcək güllələr hazırlayır

Dünya | 15:06 • 1 Noyabr 2019
ABŞ rus zirehlərini deşəcək güllələr hazırlayır

ABŞ NATO-nun populyar olan 5.56 millimetrlik güllələrinin yerinə 6.8 millimetrlik güllələr hazırlayır.

Bu barədə ABŞ mətbuatı yazıb.

Məlumata görə, ABŞ tərəfinin güllələrin kalibrini artırmasına səbəb Rusiya və Çinin yeni zirehli gödəkçələrinin 5.56 millimetrlik güllələrin qarşısını uğurla alması olub. Yeni güllələrin M4A1 avtomatı və M249 pulemyotlarını əvəz edəcək silahlarda istifadə ediləcəyi bildirilir./axar.az

Xəbər lenti