Türk Silahlı Qüvvələri (TSK) və Suriya Milli Ordusunun (SMO) "Sülh çeşməsi” əməliyyatı davam edir.
Türk mediası xəbər verir ki, əməliyyat çərçivəsində Suriya Milli Ordusu kritik əhəmiyyət daşıyan M-4 avtomobil yoluna çatıb.
Xatırladaq ki, bu magistral yolun nəzarətə götürülməsi Türkiyə baxımından çox vacib hadisə sayıla bilər. Suriya-İraq sərhəddinin yaxınlığından keçən M-4 şosesi bir növ YPG terror təşkilatına lojistik dəstək saxlayırdı.
Azad Suriya Ordusunun M-4 şosesinə nəzarəti əldə etməsi YPG-nin durumunu bir qədər də çətinləşdirəcək./teleqraf