Xəzər Xəbər

Robert Muqabe Zimbabvenin milli qəhrəmanı elan olunub

Dünya | 09:15 • 7 Sentyabr 2019
Robert Muqabe Zimbabvenin milli qəhrəmanı elan olunub

Zimbabvenin keçmiş prezidenti Robert Muqabe ölkənin hakim Zimbabve Afrika milli birliyi - Vətənpərvər cəbhəsi tərəfindən milli qəhrəman adına layiq görülüb.


Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Zimbabvenin prezidenti Emerson Mnanqaqva bəyan edib. Onun sözlərinə görə, Muqabe Afrikanın müstəmləkə zülmündən azad edən mübarizlər nəslinin nümayəndəsidir və nəcib Zimbabve xalqı və digər Afrika xalqları bunu heç vaxt unutmayacaq. Ölkə başçısı həmçinin Robert Muqabenin dəfninə qədər matəm günlərinin davam edəcəyini diqqətə çatdırıb.


Xatırladaq ki, 95 yaşlı Robert Muqabe bu gün uzunmüddətli xəstəlikdən sonra Sinqapurda dünyasını dəyişib. Hazırda ölkə rəhbərliyi Sinqapurla mərhumun cənazəsinin vətənə qaytarılması barədə danışıqlar aparır.

Xəbər lenti