Suriya ərazisində Fərat çayının şərqində təhlükəsizlik bölgəsinin yaradılması məqsədilə planlaşdırılan antiterror əməliyyatı çərçivəsində daha bir mühüm addım atılıb.
AZƏRTAC Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, Türkiyə və ABŞ komandanları bölgədəki vəziyyəti öyrənmək üçün helikopterlə birgə uçuş həyata keçiriblər.