Xəzər Xəbər

Notr-Dam kilsəsi yenidən dağıla bilər

Dünya | 10:53 • 15 Avqust 2019
Notr-Dam kilsəsi yenidən dağıla bilər

Fransanın Mədəniyyət Nazirliyi Paris Notr-Dam kilsəsinin yenidən dağılmaq təhlükəsi olduğunu bildirib.


Xezerxeber.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, şəhərdəki anomal istilər nəticəsində kilsə qübbələrindəki konstruksiyaların düşməsi halları qeydə alınıb.


Nazirlikdən o da bildirilib ki, yanğından sonra Paris Notr-Dam kilsəsində restavrasiya işlərinə başlanılmayıb, hələ ki, dağılmaların qarşısı alınır.


Qeyd edək ki, aprelin 15-də yanğın zamanı Paris Notr-Dam kilsəsinin damının üçdə iki hissəsi uçub, o cümlədən qotik üslubunda tikilmiş qüllə tamamilə dağılıb. İlkin məlumatlara görə, yanğına səbəb bərpa işləri zamanı ehtiyatsızlıqdan baş verib.

Xəbər lenti