"Avropa Birliyi Aralıq dənizinin şərq hissəsində hakim kimi davrana bilməz. Kipr milli mübarizəmizdir”.
Anadolu agentliyi xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu belə bəyanatla çıxış edib. O bildirib ki, bölgəyə maraq göstərən qüvvələr Ankara ilə əməkdaşlıq etməlidir.
Diplomatın sözlərinə görə, müzakirə bütün tərəflər üçün faydalı olacaq.