Xəzər Xəbər

Tramp Pompeonu “vurmaq” üçün Türkiyəni... SENSASİON İDDİA

Dünya | 13:47 • 3 Avqust 2019
Tramp Pompeonu “vurmaq” üçün Türkiyəni...
ABŞ-ın Türkiyəyə qarşı tətbiq etmək istədiyi sanksiyalar əslində Vaşinqton kulislərindəki siyasi qarşıdurmanın bir hissəsidir.

Bu barədə "Time” nəşri yazıb.

Nəşr hesab edir ki, prezident Donald Tramp Türkiyəyə qarşı tətbiq edilməsi planlaşdırılan sanksiyalardan əslində dövlət katibi Mayk Pompeoya qarşı istifadə edir.

"Trampın 2,5 illik prezidentlik dövründə Pompeo ilə heç bir fikir ayrılığı olmayıb. Lakin Türkiyənin S-400 sistemlərini almasından sonra Trampla Pompeo arasında münasibətlər kəskinləşdi. Pompeo iyulun 14-də Türkiyəyə qarşı sanksiyaların tətbiq ediləcəyini açıqladı, lakin Tramp Administrasiyasından yüksək vəzifəli rəsmilərdən biri Türkiyəyə qarşı sanksiyaların tətbiqi məsələsinin gündəmdə olmadığını bildirdi. Dövlət Departamentinin rəsmilərindən biri də sanksiyaların olmayacağını dedi”.

Nəşr Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə senator Lindsey Qraham arasında telefon danışığına diqqət çəkərək, Pompeonun türkiyəli həmkarı ilə "görüşməməsini” vurğulayıb. İddialara görə, Tramp Lindsey Qrahamı Pompeonun yerinə gətirmək istəyir.

"Bu proseslər "Tramp S-400 mövzusundan öz maraqları üçün istifadə edir, sanksiyalar əslində olmayacaq” sualını gündəmə gətirir”, - nəşr qeyd edir./publika.az

Xəbər lenti

Çox oxunanlar