Xəzər Xəbər

Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb

Dünya | 13:47 • 15 İyul 2019
Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb

Bu ilin yanvar-iyun ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi bəyan edilməmiş ticarət əməliyyatları da daxil olmaqla 5 968,3 mln. ABŞ dolları təşkil edib.


Bu barədə Gürcüstan Milli Statistika Ofisinin hesabatında qeyd olunub. Bildirilib ki, hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0,6% azalıb.


Hesabatda qeyd olunub ki, yanvar-iyunda ixrac 11,5% artaraq 1 775,4 mln. dollara çatıb, idxal isə 4,9% azalaraq 2 417,4 mln. dollar təşkil edib. (APA)

Rubrikanın digər xəbərləri

Xəbər lenti