Xəzər Xəbər

İtaliyada qasırğa və daşqınlar tüğyan edir

Dünya | 09:19 • 10 İyul 2019
İtaliyada qasırğa və daşqınlar tüğyan edir

İtaliyanın Livorno əyalətində qasırğa bir neçə sənaye müəssisəsinin damını uçurub, Piza şəhərinin cənubunda isə güclü tufan böyük daşqınlara səbəb olub.


Xezerxeber.az xəbər verir ki, baza günü axşamdan başlayaraq İtaliyanın şimalında dolu ilə müşahidə edilən qasırğa tüğyan edib və şiddətli yağışlar yağıb.


Bu gündən etibarən isə ölkənin cənubunda və mərkəzində temperatur 10 dərəcəyədək aşağı enəcək.


Qeyd edək ki, iki həftə idi İtaliyada isti və bürkülü hava şəraiti hökm sürürdü.


"Coldiretti” şirkətinin məlumatına görə, bu yay İtaliya ərazisində ümumilikdə 117 dəfə ekstremal hava şəraiti müşahidə edilib.

Xəbər lenti