Xəzər Xəbər

Gürcüstanda Ermənistan vətəndaşları qəzaya düşüb, 3 nəfər ölüb

Dünya | 12:06 • 7 İyul 2019
Gürcüstanda Ermənistan vətəndaşları qəzaya düşüb, 3 nəfər ölüb

Gürcüstanda Tbilisi-Senaki-Leselidze magistralında "Mersedes-Benz” markalı mikroavtobus qəzaya uğrayıb.


Hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfərə ağır yaralanıb.


Ölənlərin Ermənistan vətəndaşları olduğu bildirilib. Onlardan biri orta yaşlı qadın, ikisi isə azyaşlı uşaqdır.


Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyində cinayət işi açılıb. (APA)

Xəbər lenti

Çox oxunanlar