Xəzər Xəbər

BMT Qaşıqçı ilə bağlı HƏR ŞEYİ AÇDI: Dərhal Türkiyədən..

Dünya | 16:10 • 19 İyun 2019
BMT Qaşıqçı ilə bağlı HƏR ŞEYİ AÇDI:

Səudiyyə ərəbistanlı jurnalist, "Vaşinqton Post” qəzetinin yazarı Camal Qaşıqçının İstanbul konsulluğunda qətlə yetirilməsinin məsuliyyəti məhz Səudiyyə Ərəbistanının üzərinə düşür.

Bunu BMT-nin xüsusi reportyoru Aqnes Kallamard cinayətlə bağlı hazırladığı sənəddə qeyd edib.

Kallamard bildirib ki, Səudiyyə Ərəbistanı Türkiyədən üzr istəməlidir.

Sənəddə yer alan maddələr:

- Qaşıqçının öldürülməsi Səudiyyə Ərəbistanı dövlətinin məsuliyyət daşıdığı məhkəməsiz edamdır.

- Səudiyyə Ərəbistanı diplomatik üstünlüklərindən sui-istifadə etməsinə görə Türkiyə hökumətindən üzr istəməlidir.

- ABŞ Qaşıqçı cinayətinin araşdırılması üçün Federal Təhlükəsizlik Bürosunda istintaq başlatmalıdır.

- Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsinin də daxil olduğu ali səviyyəli nümayəndlərin istintaqa cəlb olunması üçün dəlillər mövcuddur.

- BMT-nin baş katibi Antonio Quterres Qaşıqçının qətli ilə bağlı cinayət dosyesi açmalıdır.

- Qaşıqçının öldürülməsi ilə bağlı sanksiyalar Məhəmməd ibn Salman və onun xaricdəki mülklərini əhatə etməlidir./publika.az

Xəbər lenti