Xəzər Xəbər

Qazaxıstanda prezident seçkilərinin təşkilinə 23 milyon dollar xərclənib

Dünya | 11:39 • 8 İyun 2019
Qazaxıstanda prezident seçkilərinin təşkilinə 23 milyon dollar xərclənib

Qazaxıstanda prezident seçkilərinin təşkilinə 9,4 milyard tengə (23 milyon dollar) xərclənib.


TASS xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının katibi Sabila Mustafina beynəlxalq müşahidəçilər qrupu ilə görüşdə bildirib.


Qeyd edək ki, sabah Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu gün ölkədə sükut günüdür, prezidentliyə namizədlərin xeyrinə təbliğat aparmaq qadağandır. Qadağa seçki günü də qüvvədə qalacaq.


Prezident postu uğrunda fəaliyyətdə olan prezident Qasım Jomərt Tokayev daxil olmaqla, 7 namizəd mübarizə aparacaq.

Xəbər lenti