Xəzər Xəbər

Qızılca epidemiyası sürətlə yayılır Fövqəladə vəziyyət ELAN OLUNDU

Dünya | 12:10 • 6 İyun 2019
Qızılca epidemiyası sürətlə yayılır

ABŞ-da qızılca epidemiyası geniş vüsət alıb.

Ölkənin 26 ştatında yayılan epidemiyaya son 5 ayda min nəfərdən çox insan yoluxub.

ABŞ Xəstəliyə Nəzarət və Önləmə Mərkəzi başda Nyu-York olmaqla, bir çox böyük ştatlarda yayılan xəstəliyin son 27 ildə ən böyük nəticə doğurduğunu açıqlayıb.

Qeyd edək ki, ABŞ 2000-ci ildə qızılca xəstəliyinin tamamilə aradan qaldırıldığını açıqlamışdı. Lakin xəstəlik bu il yenidən yayılmağa başlayıb. Xüsusilə, yəhudilərin kompakt yaşadığı bölgələrdə geniş yayılan xəstəlik səbəbilə fövqəladə vəziyyət elan edilib./publika.az

Xəbər lenti

Çox oxunanlar