Xəzər Xəbər

İmperatorun gizli otağı tapıldı

Dünya | 14:59 • 15 May 2019
İmperatorun gizli otağı tapıldı

Arxeoloqlar qədim Roma imperatoru Neronun sarayının bərpası zamanı tam təsadüfən gizli otaq aşkarlayıblar.

Bu barədə "Science Alert” saytında dərc edilən mətbuat üçün açıqlamada bildirilib.

Divarları fərqli freskalarla bəzədilmiş otaq "Sfinks otağı” adını alıb. Bunun da səbəbi divarlardan birinə mifik varlığın şəklinin çəkilməsi olub.

Arxeoloqlar divarlarda, həmçinin rəqs edən kentavrların, suda yaşayan canlıların, quşların, pantera ilə savaşan əlində ox-yay tutmuş, qılınc və qalxanlı döyüşçünün freskalarını aşkarlayıblar.

Digər divarlarda da freskaların mövcudluğu istisna olunmur, amma yeraltı otağın divarlarının çirkli olması səbəbindən onları oxumaq mümkün deyil.

Hazırda otağın təmizlənməsi planlaşdırılmır./Teleqraf.com



Xəbər lenti