Xəzər Xəbər

Donald Tramp Çini ticarət razılaşmasını pozmaqda günahlandırıb

Dünya | 09:14 • 9 May 2019
Donald Tramp Çini ticarət razılaşmasını pozmaqda günahlandırıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin ticarət danışıqları üzrə "razılaşmanı pozub”.


Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o bu barədə Floridada tərəfdarlarının qarşısında çıxış edərkən deyib.


"Onlar razılaşmanı pozdu. Onlar bunu edə bilmədilər. Ona görə də cavab verəcəklər. Biz rüsumları qaldıracağıq və geriyə addım atmayacağıq”, - deyə Tramp vurğulayıb.


Bununla yanaşı, prezident deyib ki, bu gün Çinin baş bazirinin müavini Lyu Xe Vaşinqtona səfər edəcək.

Xəbər lenti