Xəzər Xəbər

Qazaxıstanda hərbi helikopter qəzaya uğrayıb

Dünya | 19:50 • 27 Mart 2019
Qazaxıstanda hərbi helikopter qəzaya uğrayıb

Bu gün Qazaxıstanın Qızıl Orda vilayətində göyərtəsində 13 nəfərin olduğu hərbi helikopter qəzaya uğrayıb.

AZƏRTAC "Kazinform” agentliyinə istinadla xəbər verir ki, naməlum şəraitdə yerə çırpılan helikopter tamamilə yanıb. İlkin məlumata görə, qəza nəticəsində həlak olanlar var. Zərər çəkənlərin sayı və vəziyyəti dəqiqləşdirilir. Uçuşun qaranlıq vaxtı və mürəkkəb meteoroloji şəraitdə həyata keçirildiyi bildirilir.

Müdafiə nazirinin əmri ilə yaradılan xüsusi komissiya qəza yerinə göndərilib. Hadisənin səbəblərini aydınlaşdırmaq üçün təhqiqat başlayıb.

Xəbər lenti