Xəzər Xəbər

Ərdoğan ABŞ-a meydan oxudu - “S-500 DƏ ALACAĞIQ”

Dünya | 16:06 • 7 Mart 2019
Ərdoğan ABŞ-a meydan oxudu -

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 hava hücumundan müdafiə sistemlərinin alışını davam etdirəcəklərini bildirib.


RİA Novosti xəbər verir ki, dövlət başçısı deyib: "İyul ayında S-400-lərin ilk partiyasını alacağımıza ümid edirəm”.


Ərdoğan hətta S-500 almaq üçün Rusiya ilə yeni müqavilə imzalayacaqlarını da bəyan edib.


Qeyd edək ki, ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyi (Pentaqon) bəyanat yayaraq, Türkiyəni S-400-lərin alışını dayandırmağa çağırıblar.


Rəsmi Vaşinqton Ankaranı, geri addım atmayacağı halda, bunun ona baha başa gələcəyi ilə təhdid də edib.

Xəbər lenti

Çox oxunanlar