Xəzər Xəbər

Türkiyə ərazisində ciddi iqlim dəyişiklikləri qeydə alınıb

Dünya | 14:39 • 16 Fevral 2019
Türkiyə ərazisində ciddi iqlim dəyişiklikləri qeydə alınıb

Türkiyənin Hidrometeorologiya Müdirliyindən verilən məlumata görə ölkə ərazisində ötən il qeydə alınan "ekstrim hava hadisələri"nin sayı 840-a çatıb. 2017-ci ildə bu rəqəm 598 olub. Hava hadisələri arasında leysan və sel ön sıralarda yer alır.


Məlumata əsasən iqlim dəyişikliklərinin sayı hər il artmaqda davam edir. Bu da əkin əraziləri, su hövzələri ilə yanaşı, enerji, səhiyyə sahələri və yollara ciddi ziyan vurur. İsti hava dalğaları, meşə yanğınları, quraqlıq, sel, dolu kimi hadisələrdən ölkə üzrə ən çox zərərçəkən bölgə Akdenizdir.


Türkiyədə 2018-ci ildə orta istilik 15,4 santiqrat olaraq qeydə alınıb ki, bu da 1981-2010-cu illərlə müqayisədə 1,9 dərəcə çoxdur.


Ümumiyyətlə 2018-ci ildə ölkə ərazisində istilik dərəcəsi normadan yüksək olub.


Ölkədə baş verən leysan, daşqın, güclü qar, şiddətli ildırım, qum fırtınası, meşə yanğınları kimi hallar da 1990-cı illərlə müqayisədə xeyli artıb.


Anomal-dağıdıcı iqlim hadisələrinin 41 faizini leysan və sel, 29 faizini güclü külək, 16 faizini dolu, 5 faizini isə ildırım və güclü qar təşkil edir. Kəmər bölgəsində isə yağış rekord həddə çatıb. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar