Çinin şərqində yerləşən Fuçjou şəhərində yaşayış binasının uçması nəticəsində 10 nəfər dağıntılar altında qalıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.
Hadisə yerli vaxtla saat 05:50-da baş verib. Hadisə yerində xilasedicilər işləyir, indiyədək yeddi nəfəri dağıntılar altından çıxarmaq mümkün olub. Xəsarət alanların hamısı yaxınlıqdakı xəstəxanaya göndərilib.
Polis hadisənin səbəblərini araşdırır.