Moskvada Vladimir Leninin mavzoleyi müvəqqəti bağlanır.
Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Təhlükəsizlik Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.
Məlumatda bildirilir ki, fevralın 18-dən aprelin 16-dək nəzərdə tutulan profilaktik işlərlə əlaqədar Leninin mavzoleyi ziyarətçilərə bağlı olacaq.
Qeyd edək ki, mavzoley sonuncu dəfə 2017-ci ildə profilaktik xidmət üçün bağlanıb.