Xəzər Xəbər

Rusiya RUSADA-nın statusu barədə nikbindir - Dmitri Peskov

Dünya | 15:17 • 22 Yanvar 2019
Rusiya RUSADA-nın statusu barədə nikbindir -

Rusiya maksimim səy göstərib və Rusiya Antidopinq Agentliyinin (RUSADA) statusu barədə nikbindir. 


Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.


Mətbuat katibi əlavə edib: "İdman məmurlarımız, bu sahədə fəaliyyət göstərən hökumət strukturları Dünya Antidopinq Agentliyinin nümayəndələrinin Moskvada işinin təmin olunması, bütün zəruri proseduraların və əlaqələrin həyata keçirilməsi üçün maksimum səy göstəriblər. Əlbəttə, Moskvada hamı bu məsələ ilə əlaqədar nikbindir”.


Kremlin nümayəndəsinin sözlərinə görə, Rusiya bu məsələ üzrə gündəlikdə olan anlaşılmazlıqların aradan qaldırılması üçün səylərini əsirgəməyib”.


Bütün bunların Rusiya üçün müsbət nəticələr verəcəyi ilə bağlı suala cavab verən Peskov deyib: "Biz artıq görüb-götürmüş insanlarıq və ehtiyatlı yanaşmanı üstün tuturuq”.


Dünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsi RUSADA-nın indiki statusunun saxlanılmasının məqsədəuyğunluğu məsələsinə baxacaq. Rusiya idmanının yeni sanksiyalarla qarşılaşacağı məhz bu qərardan asılı olacaq. Conatan Teylorun sədrliyi ilə keçiriləcək İcraiyyə Komitəsinin iclasında telekonfrans vasitəsilə təşkilatın tövsiyələri müzakirə olunacaq. Tövsiyələrin məzmunu hələ açıqlanmır.

Xəbər lenti