Xəzər Xəbər

Yuliya Timoşenko "uçan güllə"dir - Ukraynanın Baş prokuroru

Dünya | 09:52 • 22 Yanvar 2019
Yuliya Timoşenko "uçan güllə"dir - Ukraynanın Baş prokuroru

Mart ayının 31-də Ukraynada prezident seçkiləri keçiriləcək.

"Batkivşina" partiyasının lideri, sabiq baş nazir Yuliya Timoşenko "uçan güllə" olsa da Kremlin agenti deyil.

Bu haqda informasiyanı Ukraynanın Baş prokuroru Yuri Luçenko yayıb.

"Yuliya öz trayektoriyası ilə uçan güllədir. Ancaq bunun da öz təhlükəsi var...". Luçenko jurnalist Dmitri Qordona müsahibəsi zamanı belə deyib.

Qeyd edək ki, mart ayının 31-də Ukraynada prezident seçkiləri keçiriləcək. Timoşenko da seçkilərə qatılmaq haqda anons verib. Son bir neçə ay ərzində bu kampaniyanın reytinq cədvəlində sabiq baş nazir liderlik edir.

Opponentlər isə dəfələrlə Timoşenkonu Rusiya ilə əlaqadə ittiham ediblər.

AzNews.az

Xəbər lenti