Xəzər Xəbər

Kolumbiyada 3 günlük matəm elan edildi

Dünya | 09:01 • 18 Yanvar 2019
Kolumbiyada 3 günlük matəm elan edildi

Kolumbiya Prezidenti İvan Duke Boqotada polis kadet məktəbi ərazisində törədilən terror aktı qurbanlarının xatirəsinə ölkədə 3 günlük matəm elan edib.


Xezerxeber.az xəbər verir ki, polis məktəbi ərazisində minalanmış avtomobilin partladılması nəticəsində 11 nəfər ölüb, 87 nəfər yaralanıb. Yaralılardan 79-u xəstəxanaya yerləşdirilib.


Kolumbiya dövlətinin başçısı ölkənin sərhəd ərazilərində nəzarətin gücləndirilməsi barədə də tapşırıq verib. O, vətəndaşları terror təhlükəsi qarşısında yekdil olmağa və təhqiqata kömək etməyə çağırıb.


Ölkənin hökumət orqanları minalanmış avtomobilin 56 yaşlı Xose Aldemar Roxas tərəfindən idarə edildiyini müəyyənləşdirib. Partlayış nəticəsində Xose Aldemar Roxas ölüb. Onun hərəkətinin motivləri bəlli deyil.


Prezident İvan Duke mütəşəkkil silahlı birləşmələrə qarşı mübarizəni gücləndirəcəyini, habelə onların başçılarının tutulmasında mükafatlandırma sisteminə yenidən baxacağını vəd edib.


"Heraldo” portalı həlak olmuş 11 nəfərin şəxsiyyətinin müəyyənləşdirildiyini yazır. Onlardan biri Ekvador vətəndaşı olub. Həmin xanım kadet polis məktəbində təhsil alırmış.

Xəbər lenti