Xəzər Xəbər

Putin sutkada 11 saat işləyir

Dünya | 14:26 • 16 Yanvar 2019
Putin sutkada 11 saat işləyir

Peskov Putinin iş rejimindən danışıb.

"Rusiya prezidenti çox işgüzar adamdı. O, 10-11 saat işləyə bilər.”

Bu sözləri Vladimir Putinin sözçüsü Dmitri Peskov "Arqumentı i faktı” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Putinin zaman anlayışında istirahət günü yoxdur.

"Ölkəni idarə etmək söndürülməsi mümkün olmayan domen sobasının iş prosesinə bənzəyir. Bu daim davam edir, sutkanın bütün vaxtında. Axşam saat 10-11-də Kremldə işlər daha da çoxalır.” – Peskov belə qeyd edib.

AzNews.az

Xəbər lenti

Çox oxunanlar